b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49566356_2210749735860245_2214607892277886976_n.jpg

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran  Dövlət Universitetində (LDU)  2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkib və imtahanların gedişini əyani izləyib.

Qeyd edək ki, universitet rəsmisi  imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər  şəxslərlə  görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili  münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini müzakirə edib, bununla bağlı  məsul şəxslərin hesabatlarını dinləyib.Natiq İbrahimov bu semestrdə də  imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib.

Lənkəran Dövlət Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası  əyani təhsilalma forması üzrə  bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 4-dən fevralın 1-nədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 12-dək, bakalavriat səviyyəsinin V tədris ili qrupları üçün 30 yanvar tarixindən yanvarın 1-dək keçiriləcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49525796_371521926989665_6192109635462234112_n.jpg

Bütün fakültələr üzrə imtahanlar əyani təhsilalma forması üzrə saat 10:00-da, qiyabi təhsilalma forması üzrə 14:00-da başlanacaq və 2 saat müddətində başa çatacaq.

3417 bakalavr və 120 magistrantın iştirak edəcəyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb, əlaqə telefonları  kimi 025-5-27-86, 025-5 -24-17  müəyyən edilib.Sessiyanın gedişi müddətində obyektivliyi  və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə   universitetin  tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyaları yaradılıb.

Xatırladaq ki,  ki,  sessiya  dövründə universitetin  İctimai şurasının üzvləri də  imtahanlarıln gedişini əyani izləyəcəklər.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49467949_2353170421585703_4157531993250201600_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49204687_1067023693484338_869894416909729792_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49431576_242776153131335_4508464030020534272_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_49310537_619991475101510_8672599763121602560_n.jpg

 

19 May 2019 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19 May 2019 "Brüssel səfəri göstərdi ki, İlham Əliyev milli maraqları heç nəyə qurban vermir" - Ramin Əhmədov
18 May 2019 Prezidentin Brüssel səfəri – gücün diqtəsi və sarsılmaz milli mövqe
18 May 2019 Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? Təhlil və faktlar...
18 May 2019 “Jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı olmalıdır” – Əflatun Amaşov
18 May 2019 Əli Mirəliyev efirdə oğlunu biabır etdi - VİDEO
18 May 2019 Bakıda qız gecə saatlarında anasının başına oyun açdı - VİDEO
17 May 2019 Radj Qasımov: Adımın cinayətdə hallanması təxribatdır
17 May 2019 “Röyanın arzusu ürəyində qalıb” - Rasim Balayev
16 May 2019 "Toyum olmayıb, olmayacaq da" - Anar Mədətov
16 May 2019 Hakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər
16 May 2019 Əhaliyə ilanlarla bağlı vacib XƏBƏRDARLIQ!
15 May 2019 Nizami rayonunda ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib - FOTO
15 May 2019 Sadəcə ünsür – Səbuhi Məmmədli yazır
15 May 2019 Diaspor lideri AzTV-dəki yeniliklərdən danışdı - "Tilsim qırıldı..."
14 May 2019 Alişanın Ərdoğanla bağlı paylaşımı gündəm oldu - FOTO
14 May 2019 Məktəblilər üçün şad xəbər: mayın 18-dək pulsuz olacaq
13 May 2019 Ərəb qadınlardan Kıvança iki milyonluq təklif
11 May 2019 Rasim Balayev prezident və xanımı ilə görüşdü - FOTO
10 May 2019 Ukrayna Azərbaycanlıları Radası Ulu öndəri anıb - Fotolar