b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n97.jpg

Xəbər verdiyimiz kimi, ötən gün 18 yaşlı Yevlax rayon sakini Sona Əliyeva  zəhərlənərək ölüb. Onun arıqlamaq üçün istifadə etdiyi kömür tərkibli dərmandan zəhərləndiyi ehtimal olunur. Xatırladaq ki, ötən il eynitipli dərman daha iki qadının ölüm səbəbi kimi göstərilmişdi. İnsanların arıqlamaq üçün reseptsiz dərmanlar qəbul etməsi bu kimi faciələrlə nəticələnə bilir. Bəs bu halların baş verməsində kimlər məsuliyyət daşıyır? İnsanların arıqlamaq üçün reseptsiz dərman qəbul etməsi nə dərəcədə doğrudur? Bu müstəvidə hansı hüquqi tədbirlər görülməlidir?

Tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı Missiya.Az –ın suallarını cavablandırıb.

O bildirib ki, əgər ölüm aktı qeydə alınıbsa, mütləq tibbi ekspertizanın nəticəsi öyrənilməlidir:

“Bu ciddi məsələdir. Cavan bir adam niyə dünyasını dəyişir? Kim bunu araşdırmalıdır? Əvvəla bu kimi hallarda ölən adamın himayədarları, valideyləri onu yarmağa qoymurlar. Onlar buna icazə verməlidirlər ki, diaqnoz dəqiqləşdirilsin. Buna görə, hüquq mühafizə orqanları da hadisənin tam araşdırılmasında o qədər də maraqlı olmur. Nəticədə isə, ölüm halları davam edir. Yəni ki, ən böyük problem ölmün hansı səbəbdən baş verdiyini müəyyən etməkdir. Əvvəlcə araşdırılmalıdır ki, burada həqiqətən dərman zəhərlənməsi olub və toksiki vəziyyət alıb, yoxsa başqa səbəb var. Yalnız bundan sonra şəxsin dərmanı necə əldə etdiyi, ona kimin məsləhət gördüyü, həmin dərmanı hansı şirkətin ölkəyə gətirdiyi araşdırılıb məsuliyyətə cəlb olunmalıdır. Əgər insan dərmandan zəhərlənibsə, onu gətirən firmanın yaxasından yapışılmalıdır ki, bu dərman hardan gəlib, niyə bunun təhlükəsizlik parametrlərinə riayət olunmayıb ki, bu kimi hal baş verib. Yəni ölümün birbaşa səbəbi araşdırılmamış buna hüquqi qiymət vermək və hüquq müstəvisində bunu müzakirə etmək mümkün olmur. Səbəblərin araşdırılmasına mərhumun yaxınları icazə vermədiyi üçün də, bunların heç biri dəqiqləşmir və ictimailəşmir. Biz, ancaq belə, ümumi, abstakt danışırıq”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n96.jpg

A.Qeybulla bildirib ki, əgər zəhərlənməyə sözügedən dərman səbəb olubsa, ola bilsin onun tərkibində əlavə qatqı olub. Çünki bu dərman əslində zərərsizdir:

“Ümumiyyətlə aktivləşdirilmiş kömür əslində zərərsiz dərmandır. O, sadəcə olaraq kömürdür və aktivləşdirilir, həzm zamanı parçalanır, qazları və müxtəlif toksiki maddələri absorsiya (udma) edib bədəndən çıxarır. İnsanlar illərdir bu dərmanı qəbul edir. Əgər zəhərlənərək ölüm halı dəqiq bu dərmanın təsir ilə olubsa, ola bilər ki, onun tərkibində nə isə qatqı olub. Başqa bir ehtimal da, şəxsin bu dərmanla yanaşı, nə isə başqa dərman qəbul etməsi ola bilər. Bu məsəldə birmənalı danışmaq olmur. İnformasiya budur ki, şəxs bu dərmanı içib və bundan sonra dünyasını dəyişib. Bunların araşdırılması üçün mütləq məhkəmə tibbi ekspertizanın rəyi olmalıdır”.

A.Qeybulla dünya təcrübəsindən misal gətirərək, bu kimi halların baş verəmsinin qarşısının alınası üçün güclü kadrlara ehtiyac olduğunu deyib. O, həmçinin, bu sahədə birdəfəlik ciddi qanunların qəbul olunmasının vacibliyini də vurğulayıb:

“Dünyanın hər yerində ail təhsilli dietolioqlar var. Bu, bizdəki kimi pərakəndə formada deyil. Dietoloq təhsilli, kifayət qədər bilgili olmalıdır. O, orqanizmdə qida balansını normaya sala, oraqnizmdəki dəyişikliklərdən asılı olaraq, onu korreksiya edə bilməlidir. Müəyyən xəstəliklər istisna olmaq şərti ilə, daxil olan kalori ilə çıxan kalorini nizama saldıqda, bədən əvvəlki çəkisinə qayıdır.

Bu gün bizim apteklərdə min cür dərman satılır və ordan nə istəsən almaq mümkündür. Onların əksəriyyətinin mənşəyi isə müəmmalıdır. Bu dərmanlardan kor-koranə istifadə etmək yalnışdır. Bütün bunlara görə, mən hesab edirəm ki, bu işlər sistemli şəkildə nizama salınmalıdır. Azərbaycanda bu sahədə böyük boşluqlar var. Sistem, icbari tibbi sığorta yoxdur. Apteklər də maraqlıdır ki, dərmanı satılsın. Biz bu cür qüsurlu şəraitdə yaşayırıq. Bunu sistemə salıb, bir dəfəlik qərar vermək lazımdır ki, aptek şəbəkəsindən konkret dərmanlar ancaq reseptlə verilsin. Dünya təcrübəsindən misal gətirsək, bu gün İngiltərədə “ibuprofen” və “parasetamol” ağrıkəsiciləri marketdə, qalan dərmanlar aptekdə satılır. Ordan heç kim aptekdən resseptsiz dərman ala bilməz. Bizdə də bu tətbiq olunmalıdır”.

Natəvan Abdullayeva

Missiya.Az

 

 

19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq
19 Aprel 2019 Nöqsanlara yol verən icra hakimiyyətləri - SİYAHI
19 Aprel 2019 Əkrəm İmamoğlunun qolundakı saatın qiyməti təəccübləndirdi - VİDEO
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı
17 Aprel 2019 Sərhəddə insident - Narkotacirlərə atəş açıldı
17 Aprel 2019 Passentinə etdiyi fırıldaq 28 il sonra ortaya çıxdı - Xəstənin ağzından görün nə çıxdı - FOTO
17 Aprel 2019 Rüfət Axudov Xəzər TV-dən belə kənarlaşdırıldı – VİDEO
17 Aprel 2019 Notr-Damdakı yanğını 7 il öncədən xəbər verən cizgi filmi - İlginc kadrlar - VİDEO
16 Aprel 2019 Məktəb direktoru barədə məhkəmə qərar verdi
16 Aprel 2019 Hulusi Akar Vaşinqtonda azərbaycanlı zabitlə görüşdü - FOTO
16 Aprel 2019 Məktəb direktoruna cinayət işi açıldı - Bu gün məhkəməsidir
16 Aprel 2019 Azərbaycanda bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq
16 Aprel 2019 Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildi
16 Aprel 2019 Bakıda QORXUNC HADİSƏ - Həbsxanadan çıxdı, iki bacısını doğradı - VİDEO
15 Aprel 2019 Fuad Muradov: Hər bir soydaşımız Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək
14 Aprel 2019 Zukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırıla bilər
12 Aprel 2019 Qənirə Paşayeva: “Azərbaycan saxta informasiya təcavüzünə məruz qalan ölkələrdən biridir”