b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_benzin.jpg

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar verib.

Missiya.Az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Aİ-92” oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib.

Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin daha bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azaldılıb. 

Hər iki qərar oktyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

19 Noyabr 2018 Pambığın maya dəyəri açıqlandı: dəyər zənciri necə olacaq?
19 Noyabr 2018 Azərbaycanda minlərlə insana şad xəbər - LƏĞV OLUNUR
19 Noyabr 2018 Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
16 Noyabr 2018 “Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
15 Noyabr 2018 Milli Məclisin büdcəsi məlum oldu - RƏSMİ
13 Noyabr 2018 Azərbaycanda siqaret bahalaşacaq
13 Noyabr 2018 Nazir: Bütün növ pensiyalar artırılacaq
13 Noyabr 2018 Dollarla bağlı mühüm proqnozlar
12 Noyabr 2018 Dövlət qurumları avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR
09 Noyabr 2018 Azərbaycan məhsulları Çində satışa çıxarıldı
08 Noyabr 2018 Büdcə müzakirələri yekunlaşdırılır
07 Noyabr 2018 "Deputatların maaşı artırılsın" - Qüdrət Həsənquliyevdən təklif
05 Noyabr 2018 Maliyyə naziri: Böyük vergi islahatına gedirik
05 Noyabr 2018 Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
05 Noyabr 2018 Dövlət əmlakları hərraca çıxarıldı
31 Oktyabr 2018 Nazirdən maraqlı açıqlama: “İşləyənlərin çoxunun bacarığı yoxdur”
30 Oktyabr 2018 Gələn il manat bahalaşa bilərmi? – RƏSMİ AÇIQLAMA
25 Oktyabr 2018 Əli Əhmədov: 12 il ərzində yoxsulluq aradan qalxmalıdır
23 Oktyabr 2018 "Yuventus" "Real"ın daha bir ulduzunu aparır
22 Oktyabr 2018 9 ayda 2024 iş yeri yaradılıb - Naxçıvanda