b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_32n.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az xəbər verir ki, xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunuldu, dövlətimizin başçısının son səfərinin önəmi qeyd olundu. Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirildi.
 
Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirildi, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulandı, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışıldı və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olundu və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edildi.
 
Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirildi. Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.
 
 
22 Fevral 2019 İran prezidenti ingilis kəşfiyyatına işləyir - Deputatdan şok iddia
21 Fevral 2019 Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir
21 Fevral 2019 Ordumuz Ermənistan PUA-sını məhv etdi - FOTO
21 Fevral 2019 Vaşinqton Ermənistan XİN rəhbəri ilə görüşdən imtina etdi
21 Fevral 2019 İlham Əliyev sərəncam imzaladı
21 Fevral 2019 XİN-dən Elşad İskəndərovun Türkiyəyə buraxılmaması xəbərinə – REAKSİYA
20 Fevral 2019 Prezident: Milyardlarla dollarlıq sərmayə cəlb etdik, yeni iş yerləri açdıq
19 Fevral 2019 ATƏT sədri Bakı və Yerevana səfər edəcək
19 Fevral 2019 Prezident nazir müavini təyin etdi
19 Fevral 2019 ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi
19 Fevral 2019 Azərbaycan Himni ilə bağlı QANUN DƏYİŞDİ: bundan sonra...
18 Fevral 2019 Prezident Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub - FOTO
18 Fevral 2019 İlham Əliyev Sumqayıtda zavod açılışında - FOTO (YENİLƏNDİ)
18 Fevral 2019 Belarusdan Putinə qəribə təklif: “Rusiyaya birləşməyə hazırıq”
18 Fevral 2019 Azərbaycanlılarla çeçenlərin davasında erməni izi - VİDEO
17 Fevral 2019 Ərdoğan: “Müsəlman olduğumuza görə qəbul etmirlər”
16 Fevral 2019 Prezident İlham Əliyev Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
16 Fevral 2019 Ərdoğandan Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı bəyanat
15 Fevral 2019 50 min nəfərə ŞAD XƏBƏR - Prezident 3,3 milyon manat ayırdı
15 Fevral 2019 Daha bir postsovet ölkəsində inqilab