|
![]() |
Azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov saxlanılıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə polisi Dəmirovu tutmaq üçün əməliyyat keçirib.
Xatırladaq ki, hadisə ötən axşam İstanbul şəhərində Floryadakı ofisdə baş verib.
Məlumata görə, Dəmirov və İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub. Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.
Gözəl Dəmirov kim olduğu və Etimad İsmayılovu niyə öldürdüyü ilə bağlı yeni faktlar əldə olunub. Məlumata görə, Dəmirov 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir.
Türkiyədə bir neçə şirkətə sahib olan Gözəlovun Azərbaycanda biznesin olduğu iddia edilir.
Elvin
Missiya.Az