b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_yolpolisii.jpg
Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

Missiya.Az xəbər verir ki, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...
07 Fevral 2019 Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi
06 Fevral 2019 Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə gedib
05 Fevral 2019 Aras Bulut İynemli “Çukur”dan ayrılır
01 Fevral 2019 Babək prospektində maşın çuxura düşüb
31 Yanvar 2019 Tezliklə Bakı Metropolitenində Bu Yenilikləri Görəcəksiniz – FOTOLAR
30 Yanvar 2019 Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur
29 Yanvar 2019 Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı
29 Yanvar 2019 119 dövlət əmlakı hərraca çıxarıldı
24 Yanvar 2019 Rəsmi Bakı Gürcüstana etiraz etdi
24 Yanvar 2019 Həyat yoldaşı Arif Alışanovla boşandı
24 Yanvar 2019 “Maşın” şounun qalibi: “Nə qədər çox pul versələr də, bunu eləmərəm”
23 Yanvar 2019 Nərmin Şahmarzadənin məhkəməsində dava düşüb - Qazilərin etirazı - VİDEO
23 Yanvar 2019 Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi
22 Yanvar 2019 Prezident və xanımından Zabit Səmədova jest - FOTO