b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_1536915092_ehram.jpg
Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun həbsi ilə bağlı detallar məlum olub.
 
Missiya.Az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahndan bir övladı olub.
 
Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.
 
Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib.
 
İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.
 
İddiaya görə, E.Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.
 
E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Binəqədi rayon məhkəməsinin qərarı ilə E.Məcidov barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub. O, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
19 Dekabr 2018 İki yaşlı körpənin əməliyyatı üçün yığılan pullar oğurlandı - VİDEO
18 Dekabr 2018 Erməni baş leytenant səhvən öz həmkarını güllələdi
18 Dekabr 2018 Deputat: Bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq
18 Dekabr 2018 Heydər Əliyev Fondu Çində konsert keçirib - FOTO
18 Dekabr 2018 Mina Hüseyn “Maşın şou”nu tərk etdi: Özüm gedirəm!
17 Dekabr 2018 Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - "Çayka"nın qiyməti... - VİDEO
15 Dekabr 2018 Əhaliyə hava xəbərdarlığı: temperatur kəskin enir
15 Dekabr 2018 Nazirlik bu restoranları bağlayacaq - SİYAHI
15 Dekabr 2018 Oqtay Kamil “Maşın Şou”nu tərk etdi - VİDEO
15 Dekabr 2018 Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması - FOTO
14 Dekabr 2018 Bakıda toy günü dəhşətli hadisə: gülləni boynundan vurdu və...
14 Dekabr 2018 SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO
14 Dekabr 2018 Ziyafət Əsgərovun qardaşı işdən azad edildi
13 Dekabr 2018 Prezident icra başçısını vəzifəsindən azad etdi - Sərəncam
13 Dekabr 2018 Azərbaycanda Nobel qardaşlarına film həsr olundu - FOTO/VİDEO
13 Dekabr 2018 İlham Əliyev ilin idman yekunlarına həsr olunan tədbirdə
12 Dekabr 2018 DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12 Dekabr 2018 Nazir qohumunu 5-ci mərtəbədən atan şəxsdən xəbər var - RƏSMİ
12 Dekabr 2018 Azərbaycanda vəzifəli şəxs qəfil öldü - FOTO
12 Dekabr 2018 Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı