b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_man-firing-an-assault-rifle-ak-47-slow-motion_v13yacuy__F0000.jpg
Daxili İşlər Nazirliyi Bakıda kafedə törədilən qətillə bağlı məlumat yayıb.
 
DİN-dən Missiya.Az-a verilən xəbərə görə, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.
 
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.
 
H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
 
Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Report-un yaydığı məlumata görə, hadisə Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında baş verib.
 
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
20 Avqust 2018 Xəstəxanada müalicə alan qadın intihar etdi
20 Avqust 2018 Elektrik cərəyanı can aldı - Ağdaşda bədbəxt hadisə
18 Avqust 2018 Gəncədə dəhşətli qətl - Kişi ata və qızını odlu silahla öldürdü
17 Avqust 2018 Bakı metrosunda yuxuya gedən adamın başına iş gəldi - FOTO
16 Avqust 2018 Arvadı ilə barışmaq istəyən ər dəhşət saçdı - Bir ölü, bir yaralı...
15 Avqust 2018 Bakıda avtobus qəzasında uşaq öldü
15 Avqust 2018 Bakıda dəhşətli qətl - Gənc ürəyindən bıçaqlandı
15 Avqust 2018 Bakıda ağır qəza tıxaca səbəb oldu - FOTO
13 Avqust 2018 Oğlunun ölümünə dözməyib özünü binadan atdı - VİDEO
11 Avqust 2018 Bakıda mağazaya basqın oldu – Xəsarət alan var
11 Avqust 2018 Abituriyent anasının tənqidlərindən bezib intihar etdi
11 Avqust 2018 SOCAR-da yüksək vəzifədə çalışan şəxsin oğlu intihar etdi - FOTO
10 Avqust 2018 Bakıda toyda FACİƏ: Musiqi üstündə oğlanı öldürdülər
09 Avqust 2018 Ağdaşda dəhşət: Müəllim qətlə yetirildi
09 Avqust 2018 Bakıda avtomobil divara çırpılıb, ölənlər var
08 Avqust 2018 Azərbaycanda şagird müəllimini bıçaqladı - VİDEO
07 Avqust 2018 İntihar edən xanəndənin qardaşı həbs olundu
06 Avqust 2018 “28 Mall”da bomba var dedi - İndi illərlə həbsdə yatacaq
03 Avqust 2018 Gömrükdə mobil telefonlar müsadirə edildi
02 Avqust 2018 DİN əməliyyat keçirdi - Onlarla çətənə kolu aşkar edildi