b_550_325_16777215_00_images_xeber_sekilleri_24may2018_5z.jpg
Azərbaycanın “Yol hərəkəti haqqında” qanununa dəyişiklik olunur.

Missiya.Az report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən iclasında müzakirə edilib. 

Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir: Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1.Velosipedi və arabanı idarəetmə hüququ -14 yaşdan, 

2.Asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -16 yaşdan,

3.“A”, “B”, “C” kateqoriyasına, “B1” və “C1”, altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan,

4.“BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),

5.“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə),

6.“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),

7.“D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),

8.“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə).

Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilir. Maddənin IV hissəsinə edilə əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir: “B1”- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir,“C1”-“D” kateqoriyasına və “D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün,“D1”- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün,“C1E”- Qoşqusunun icazə verilən məksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.“D1E”- Sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlament layihəni qəbul edərsə, sənəd 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar
13 Aprel 2019 Ramil Usubovdan növbəti təyinat
12 Aprel 2019 “Papanin” körpüsündə ağır qəza - VİDEO
10 Aprel 2019 Nazirlik Elinanın intiharı ilə bağlı iclas keçirdi
08 Aprel 2019 Rüfət vəzifəsindən də qovuldu
08 Aprel 2019 Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi
05 Aprel 2019 Ali Məhkəmə sədri əmr imzaladı: komissiya yaradıldı
04 Aprel 2019 Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO
03 Aprel 2019 Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq
01 Aprel 2019 Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət
27 Mart 2019 Ramazan ayı nə vaxt başlayır?
23 Mart 2019 Aydın Xırdalanlı dünyasını dəyişdi
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi
16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ