b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_000000016.jpg

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək.

Report xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.
İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aperlin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran Pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.

 

19 İyul 2018 Azərbaycan banklarını soyan moldovalı hakerə ağır cəza
19 İyul 2018 Yol polisləri sürücüləri təəccübləndirdi - Nümunəvi addım - VİDEO
19 İyul 2018 Bakıda əlbəyaxa dava edən qızları polis də ayıra bilmədi - VİDEO
19 İyul 2018 Ölüm ayağında hər kəsi şoka salan əməkdar artistlə bağlı gizlinlər - VİDEO
19 İyul 2018 Diaspor fəalı: “Aramıza nifaq salanların cəhdləri baş tutmayacaq”
18 İyul 2018 Tuneli bağlayıb şou göstərən gənclər saxlanılıb - VİDEO
18 İyul 2018 Rusiya ordusu erməni kəndinə soxuldu - VİDEO
18 İyul 2018 MEK Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
18 İyul 2018 Mattarella: İtaliya Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
18 İyul 2018 Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
18 İyul 2018 Ərdoğanla Azərbaycanın polis mayorunun səmimi söhbəti – VİDEO
17 İyul 2018 Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır
17 İyul 2018 Adnan Oktarın villasından "kediciklərin" çılpaq tabloları tapıldı - FOTO
17 İyul 2018 Azərbaycanda yaşayan stilistin adı mafiya istintaqında
17 İyul 2018 Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ
16 İyul 2018 SON DƏQİQƏ! Bakıya mer təyin olundu – FOTO
16 İyul 2018 Türkiyə səfirliyində 15 iyul hadisələri anıldı - FOTO
16 İyul 2018 Fransa millisi dünya çempionluğuna görə FIFA-dan nə qədər qazandı?
16 İyul 2018 Dünya kuboku Fransa milli komandasına təqdim edilib - FOTO
15 İyul 2018 Bu gün Kəmaləddin Heydərov üçün ÖZƏL gündür - VİDEO