b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_qaza.jpg

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.

“Azəriqaz”dan Missiya.Az-a verilən məlumata görə, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə “Azəriqaz” İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.

Məlum olub ki, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb. “Azəriqaz”dan əlavə ediblər ki, bütövlükdə təbii qazla təchizatda problem yoxdur:

“Bu gün də həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan, qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərində, siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə ərazisində fərdi şəkildə şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişində ciddi problem yoxdur.

Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub.

Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin edilməsi üçün işlər görülür”.

21 Avqust 2018 Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası
21 Avqust 2018 "Babək”də 20 gün əvvəl istifadəyə verilən yol sökülür
20 Avqust 2018 Yol polisləri "Mercedes"ə keçir - BMW-lər bölgələrə göndəriləcək
20 Avqust 2018 Azərbaycanlı Kəbədə tapdığı pulqabını sahibinə qaytarıb
18 Avqust 2018 Şimşək çaxacaq, arabir yağış yağacaq – Sabaha olan hava proqnozu
18 Avqust 2018 Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
17 Avqust 2018 Bakı küçələrində daha çox polis patrulları olacaq
17 Avqust 2018 Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
17 Avqust 2018 Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
17 Avqust 2018 Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq
16 Avqust 2018 Nazirlik pensiyaçıları sevindirdi
16 Avqust 2018 Sinoptiklər yağmursuz hava vəd edirlər
16 Avqust 2018 Azərbaycan əhalisinin sayı açıqlandı
16 Avqust 2018 Bu gün bir neçə rayonda qaz olmayacaq
15 Avqust 2018 Sabah bu ərazidə qaz təchizatında məhdudiyyət olacaq
15 Avqust 2018 İlk “DOST” mərkəzi bu ilin sonunda açılacaq
15 Avqust 2018 Müəllimlərin diqqətinə! - Nazirlikdən açıqlama
15 Avqust 2018 Temperatur yenidən yüksələcək
15 Avqust 2018 Bu rayonlarda su kəsiləcək
15 Avqust 2018 Azərbaycanda yeni kanat yolu çəkiləcək