b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_yol_polisi_cerime_0255.jpg

“Yol hərəkəti” haqqında qanuna mühüm dəyişikliklər edilib.

Missiya.Az oxu.az-a istinadən xəbər verir ki, bu nunla bağlı məsələ parlamentin clasında müzakirəyə çıxarılıb.  Dəyişiliklər barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, burada əsas məqsəd yol hərəkəti iştirakçılarının sağlamlığının qorunmasıdır:

“İndiyə qədər maşınlarda taxoqrafların olmaması səbəbindən bir çox qəzalar baş verib. 

Qanun layihəsinin  maddə 6-1 hissəsində qeyd edilir ki, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar”.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Belə ki, Məcəllənin 326-1.1-ci maddəsinə əsasən, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni, taxoqraf olmadan yerinə yetirilməsinə, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə,taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə,taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə -fiziki şəxslər yüz əlli manat məbləğdə, vəzifəli şəxslər beş yüz manat məbləğdə, hüquqi şəxslər min manat məbləğdə cərimə edilir.

Həmçinin yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir.

14 İyul 2018 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir
13 İyul 2018 Hacı Nurandan üzücü xəbər
13 İyul 2018 "Kediciklər" niyə bir-birilərinə bənzəyir? - Şok detallar üzə çıxdı
13 İyul 2018 Adnan Oktarın oğurladığı uşaqların anası danışdı
13 İyul 2018 Vətəndaşların 300 min pulunu mənimsəyən falçılar həbs olundu
12 İyul 2018 Bakıda kişi məhkəmə zalında öldü - Hakim ölünün xeyrinə qərar çıxardı – FOTO
11 İyul 2018 Şəhid polisin qardaşı danışdı - SENSASİON FAKTLAR - VİDEO
11 İyul 2018 Emindən seçkilərə təsir etməsi ilə bağlı ittihamlarına cavab
11 İyul 2018 Adnan Oktar və 235 müridi həbs edildi
10 İyul 2018 Yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
09 İyul 2018 Sosial şəbəkə istifadəçilərinin diqqətinə
09 İyul 2018 Polis Gəncədə əməliyyat keçirdi – Saxlanılan var
08 İyul 2018 Bakıda ikimərtəbəli evdə yanğın olub
06 İyul 2018 Xəzərdə balıqlar kütləvi şəkildə ölür
06 İyul 2018 İlham Əliyev və Paşinyanın... - Erməni ekspertdən Qarabağla bağlı qorxunc xəbərdarlıq
05 İyul 2018 Şəhid anasını küçədə söyüşlə təhqir edən məmur döyüldü - Yevlaxda
04 İyul 2018 Alxanlıda Zəhra və nənəsinin xatirəsi yad etdilib
04 İyul 2018 Novruz Məmmədovdan isti hava şəraitindəki iş rejimi ilə bağlı qərar
04 İyul 2018 “Azərbaycan” İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edildi
04 İyul 2018 Sabaha hava belə olacaq