b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_nesib11_2.jpg

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili kimi fəaliyyət göstərən Nəsib Məhiməliyevlə onun sələfi, "Nəsimi"nin hazırkı başçısı Asif Asgərov arasında uzun müddətdir ki, qarşıdurma yaşanır. Mətbuatda yazılanlara görə, buna səbəb hazırkı başçının Nəsib Məhiməliyevin zamanında tikintisinə sərəncam verilmiş iaşə obyektlərinin fəaliyyətinə mane olması, onları özünün müəyyən etdiyi qaydalara uyğun işləməsini tələb etməsidir. Belə obyektlərin bəzisinin Məhiməliyevin özünə aid olduğunu iddia edən A.Əsgərov həmin obyektləri icarə şərtləri ilə işlədən sahibkarlara da süni əngəllər yaradır.

Missiya.Az-a verilən məlumata görə, qarşıdurma predmetinə çevrilmiş obyekktlərdən biri də Bakıdakı Türkiyə səfirliyinin qarşısındakı parkda - Abbasqulu Ağa Bakıxanov 74 ünvanında yerləşir. N.Məhiməliyevin zamanında inşa edilmiş bu obyekt hazırda icarə şərtləri ilə başqa bir sahibkar tərəfindən "Şaurma" adı altında idarə olunur. İddialara görə, təxminən 200 kv m. ərazisi olan bu obyekt sabiq icra başçısı N.Məhiməliyevə məxsusdur və aylıq icarə haqqı da məhz onun adamlarına verilir. Lakin hazırkı başçı A.Əsgərov bununla barışmayaraq həmin obyekt üzərində bütün hüquqları öz əlində cəmləşdirməyə çalışır. Məlumata görə, A.Əsgərov sözügedən obyektə dair bütün sanədləri ləğv etdirmək iddiası ilə məsələni məhkəmə müstəvisinə qədər dərinlləşdirib. Obyekt üzərində hazırda qahuni hüquqlara malik olan qarşı tərəf də geri durmaq niyyətində deyil. Belə ki, N.Məhiməliyevin adamları da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, icra başçısının tələbləri ilə razılaşmadıqlarını nümayiş etdiriblər.  

b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_22497641_1644373375642681_1910800677_n.jpg

Məlumata görə, A.Əsgərov obyektin fəaliyyət göstərməsinə imkan vermir. Qapıları açılan kimi İcra Hakimiyyətinin və tabeliyində olan qurumların əməkdaşları əraziyə cəm olub fəaliyyətin dayandırılmasını tələb edirlər. Hətta bir neçə dəfə obyektin qarşısında ciddi mübahisə halları da yaşanıb.

Missiya.Az-ın əməkdaşı dünən ərazidə olub. Parkda istirahət edən sakinlərdən öyrənə bilib ki, elə dünən obyektdə haylı-küylü mübahisələr olub. "Nə baş verdiyini bilmirik. Xeyli adam gəlmişdi. Burada işləyən adamlara deyirdilər ki, çıxın buradan. Sonra nə oldu bilmədik. İndi işləmir, qapısını bağlayıblar" - deyə, sakinlər bildiriblər.

Əməkdaşımız dəqiqləşdirə bilib ki, "Şaurma"nı icarə qaydası ilə işlədənlər İcra Hakimiyyəti əməkdaşlarının tələbi ilə oranı tərk etmək məcburiyyətində qalıblar. Onu da öyrənmişik ki, icarəçilər həmin obyektin daxilində böyük məblığ sərf edərək təmir və dizayn işləri aparıblar. Lakin bu məqama da heç bir tərəf diqqət yönəltmək istəmir.

Göründüyü kimi, köhnə və təzə icra başçıları arasında yaranan narazılıqlar həm də sahibkarlara ciddi ziyan vurur. "Oxu- Oxuma" dilemması ilə qarşılaşan iş adamları səlahiyyət sahiblərinin mal-mülk davasında qurbanlığa çevrilir. Halbu ki, onlar iş yerləri açır, dövlətə vergi ödəyir və cənab Prezidentin çağırışlarına uyöun olaraq sahibkarlığın inkişafına tövhə verməyə çalışırlar.

Bu, birinci dəfə deyil ki, hansısa rayonun icra başçısı özündən əvvəl bu vəzifədə olan şəxsin verdiyi sərəncamları tanımır, köhnə nə varsa hamısını ləğv etməyə çalışır. Bu kimi hallara digər şəhər və rayonlarımızda da rast gəlmək olar. Əziyyət çəkən, maliyyə itkisi ilə üzləşən, bank borcları altında inləyən isə sahibkarlardır. Bəs onlara dəyən ziyanı kim ödəyəcək?

b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_22407855_1644373178976034_1159706744_n.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_22471487_1644372922309393_1760740999_n.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_22471576_1644373265642692_312536097_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_16oktyabr2017_22447231_1644373068976045_2058904712_n.jpg

 

Tural
Missiya.Az

 

19 Sentyabr 2018 Saçyoldu olayı baş verən məktəbin direktoru istefa verdi
19 Sentyabr 2018 DİQQƏT! 2 marşrutun hərəkət sxemi dəyişdi
19 Sentyabr 2018 Bakıda bu metro 1 illik bağlanır - Təmir ediləcək
19 Sentyabr 2018 Niyazi Bayramov sakinlərlə görüşdü - Qurumlara tapşırıq verdi - FOTO
18 Sentyabr 2018 Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi şəxsdən AÇIQLAMA
18 Sentyabr 2018 Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18 Sentyabr 2018 Yeni icra başçısı vəzifəli şəxsi işdən çıxardı
18 Sentyabr 2018 Məktəbdəki saçyoduya direktordan aqressiv reaksiya: "Gedin..." - VİDEO
18 Sentyabr 2018 "Paşinyan təxribatçı xislətli küçə adamıdır" - Ramin Əhmədov
17 Sentyabr 2018 Zaur görün kimin adamıdır - O məşhur qadın kimdir? - VİDEO
17 Sentyabr 2018 DİQQƏT! Övladı məktəbə yeni başlayan valideynlər, BUNLARI ETMƏYİN
17 Sentyabr 2018 “Paşinyanın növbəti sarsaq açıqlaması İlham Əliyevin oğlu Heydər Əliyevlə bağlıdır” - Azər Qasımov
17 Sentyabr 2018 Aşurada baş yarıb qan tökməyə necə baxırsız? - Bakıda sorğu - VİDEO
17 Sentyabr 2018 Yeni dərs ili başladı - Bakıda hərəkət iflic oldu
17 Sentyabr 2018 WhatsApp-da çoxdan gözlənilən yenilik
16 Sentyabr 2018 Heydər Əliyev hərbi and içib - Həmin anlar - VİDEO
15 Sentyabr 2018 İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib
15 Sentyabr 2018 "Ordumuz döyüş meydanında öz gücünü göstərib" - İlham Əliyev
15 Sentyabr 2018 Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
15 Sentyabr 2018 Arzu Əliyeva musiqi axşamında iştirak edib - FOTOLAR