b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_teleqraf.com1422440615140302_5352.jpg
Millət vəkili Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Türkiyədə bir vaxtlar Əhməd bəy Ağaoğlunun adını daşımış küçənin yenidən bərpasına dair Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, baş nazir Binəli Yıldırım və Ankara Bələdiyyə Başkanı Melih Gökçekə bu gün müraciət ünvanlayıb. 
 
Missiya.Az həmin müraciəti təqdim edir:
 
Hörmətli Tayyib bəy!

Müraciətimizə bir az tarixdən başlamaq istəyirik. 1918-ci ildə Azərbaycanın istiqlalının əldə olunmasında müasir Türkiyənin siyasi varisi olan Osmanlı dövlətinin oynadığı rol olduqca böyükdür. Bu barədə geniş izahata ehtiyac yoxdur. Çanakkale mücadilesində, Türkiyənin istiqlal savaşında da Azərbaycan xalqının göstərdiyi dəstəyin də tarixdə örnəyi çox azdır. Bu barədə müxtəlif tarix kitablarında, Türkiyə və Azərbaycan alimlərinin monoqrafiyalarında kifayət qədər faktlar var. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu kimi Azərbaycan türkləri Türkiyənin istiqlal savaşının əsas öncüllərindən, həm də ideoloqlarındandır.

Bu gün erməni işğalı altında olan Şuşada 1869-cu ildə doğulan, Fransanın Sarbon Universitetində ali hüquq təhsili alan Əhməd bəy Ağaoğlu Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayıb, 1914-cu ildə Afyondan millət vəkili seçilib. Atatürkün yaxın silahdaşı kimi azadlıq savaşında əsas ideoloqlardan biri olub. 1923-cü ildə Qarsdan millət vəkili seçilib. Bir müddət Türkiyənin ümumi mətbuat müdiri vəzifəsində çalışıb, çoxsaylı qəzetlər, dərgilər çap edib. Milli qeyrət və fəaliyyətinə görə Maltada sürgün həyatı yaşayıb. Ə.Ağaoğlu Türkiyənin rəsmi dövlət qəzeti "Hakimiyyəti-milliyə”nin baş redaktoru kimi ideoloji savaş aparıb. Atatürkün rəhbərliyi ilə Ana Yasanın yazılmasında yaxından iştirak edib. Bu gün də Türkiyənin Ana Yasasının əsas sütunu olan "Hakimiyyət millətə məxsusdur” prinsipinin əsas müəlliflərindəndir. Ə.Ağaoğlu Türkiyənin ilk hüquq professorudur. Vaxtı ilə onun yazdığı kitablardan Türkiyə ali məktəblərində bu gün də istifadə olunur. Ə.Ağaoğlu bu gün də dünyaya həqiqətləri çatdıran Anadolu Agentliyinin təsisçisi və ilk qurucusudur.

Hörmətli Tayyib bəy!

Ə.Ağaoğlu barədə bu qısa xatırlatmanı ona görə etdik ki, 1939-cu ildə ölümündən sonra Türkiyədə onun adıəbədiləşdirilib. Çankaya ətrafındakı küçələrdən biri Ə.Ağaoğlunun adını daşıyıb, lakin 1970-ci illərdən sonra küçənin adı dəyişdirilərək Vyana adlandırılıb. Əhməd bəyin övladları, Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğlu, Türkiyənin ticarət və sənaye naziri, bir müddət baş nazirin müavini kimi çalışan və bu gün də adı hörmətlə çəkilən Samed Ağaoğlu dəfələrlə hakimiyyət orqanlarına ədalətin bərpa olunması üçün müraciət etsələr də nəticəsi olmayıb. Bu barədə Sürəyya Ağaoğlu "Bir ömür böylə keçdi” memuarında ətraflı yazıb, baş nazir, Cümhuriyyət Xalq Partiyası sədri Bülənt Ecevitə, Ankara Bələdiyyə başkanı Vedat Dalokoya yazdığı və aldığı məktubları dərc edib.

Hörmətli Tayyib bəy!

İnanırıq ki, Sizin göstərişiniz sayəsində həqiqət bərpa olunacaq, Türkiyə və Azərbaycan Cümhuriyyətlərinin qurulmasında əvəzsiz rol oynayan mütəfəkkir Əhməd bəy Ağaoğlunun adı yenidən əbədiləşdiriləcək.
Hörmətlə
 
Qənirə Paşayeva
Millət vəkili, ABAİ-nin sədri
Akif Aşırlı
"Şərq” qəzetinin baş redaktoru.
24 Aprel 2017 Zahir Əzəmət: "Əsas rəqibimiz "Facebook" və "Google"dur" - 10 yaşın söhbəti
24 Aprel 2017 "Bütün bombaların anası" belə partladı - VİDEO
24 Aprel 2017 Millət vəkili Çernobıl əlilləri ilə görüşdü - FOTO
24 Aprel 2017 Minaya düşən ATƏT əməkdaşının +18 ŞOK görüntüləri yayılıb - VİDEO
24 Aprel 2017 Azərbaycanda biznesmen itlərini evləndirdi - FOTO/VİDEO
22 Aprel 2017 “AST Telman” şikayət etdi - FOTO
21 Aprel 2017 Musa Pənahov nazir müavini təyin olunub
21 Aprel 2017 Yük maşını Quba yolunda qorxulu anlar yaşatdı - 140 sürət - VİDEO
21 Aprel 2017 İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - sensasion araşdırma
21 Aprel 2017 Abonentden “Azercell”ə sərt ittihamlar - FOTO
21 Aprel 2017 20 ilin icra başçıları: kimlər karyerasını eyni vəzifədə davam etdirir? - SİYAHI
21 Aprel 2017 Bakıda sürətlə arxa-arxaya hərəkət edən maşın sürücülərə dəhşət yaşatdı - VİDEO
20 Aprel 2017 Avtovağzalın taleyi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2017 Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik
20 Aprel 2017 Deputat onu söyənləri Milli Məclisə çağırır - “Kişidilərsə, gəlsinlər”
20 Aprel 2017 Ərdoğanın 1100 otaqlı möhtəşəm iqamətgahından FOTOLAR
20 Aprel 2017 "Qarabağ"lı Gözəl, Ağdamsız Aqil və Tovuzun günahı
20 Aprel 2017 Goranboyda müəmma: gəlin hara gedirsə ora yanır - VİDEO
19 Aprel 2017 5 min manat pul mükafatı veriləcək alimlərin SİYAHISI
19 Aprel 2017 Balaca Aylanın sizin köməyinizə ehtiyacı var - həkimlər bir həftə vaxt qoydu