b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_DSC0215L.JPG

“Avto Radio 107.7 fm” paytaxtda açıq səma altında ilk diskotekasını təşkil edib.

Missiya.Az xəbər verir ki, yanvarın 7- də baş tutan tədbir Fəvvarələr meydanındakı "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının ərazisindəki səhnədə təşkil olunub.

“DISCO PARTY” adlanan tədbirin əsas məqsədi aksiyaya diqqəti cəlb etmək,eləcə də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə və mənəvi zövq yaşatmaqdır. Diskotekada əsasən 80-90-cı illərin məşhur mahnıları DJ Çina və o dövr üçün əsas müsiqi alətlərindən sayılan zərbli barabanın (udarnik) müşayəti ilə izləyicilərə təqdim olunub. DISCO PARTY zamanı təşkil edilən “Flash Mob” izləyicilərin böyük marağına səbəb olub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_15965168_1628999704069030_1586248273898069480_n.jpg

DJ Çinanın xüsusi və möhtəşəm çışıxı fəvvarlər meydanına yığışın dinləyiciləri coşdurub. Avto Radio və “Amapola” şirkətinin dəvətliləri olan Samirə Əfəndiyeva, Elnarə və ABD Malik də bu aksiyada öz mahnıları ilə böyük alqış alıblar. 

“Avto Radio 107.7 fm” Nərgiz Fundun rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilati dəstəyilə artıq dördüncü dəfə keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından olduğu üçün “DISCO PARTY”nin də həmin yarkamarda keçirilməsi məqbul sayılıb. “Avto Radio 107.7 fm”in təşkil etdiyi diskoteka, cəmiyyəti bu və bunun kimi xeyriyyə aksiyalarına cəlb etmək, onları biganə qalmamağa dəvət etməyə xidmət edir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_15940671_1628999667402367_1405018042360201034_n.jpg

Qeyd edək ki, bu “Avto Radio”nun 2017-ci il üçün ilk böyük tədbiridir. Təxminən 2 saat davam edən diskotekanı 2 mindən çox insan izləyib.

“Avto Radio 107.7 fm” Bakı Nəqliyyat Agentliyinin nəznində fəaliyyətini davam etdirir. 2016-ci ilin sentyabr ayından tamamilə yenilən “Avto Radio” 80-90-cı illərin ən məşhur mahnılarını öz dinləyicilərinə təqdim edir. Bundan əlavə "Avto Radio"nun əsas yayım istiqaməti Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdən ibarət olacaq.

24 Aprel 2017 Zahir Əzəmət: "Əsas rəqibimiz "Facebook" və "Google"dur" - 10 yaşın söhbəti
24 Aprel 2017 "Bütün bombaların anası" belə partladı - VİDEO
24 Aprel 2017 Millət vəkili Çernobıl əlilləri ilə görüşdü - FOTO
24 Aprel 2017 Minaya düşən ATƏT əməkdaşının +18 ŞOK görüntüləri yayılıb - VİDEO
24 Aprel 2017 Azərbaycanda biznesmen itlərini evləndirdi - FOTO/VİDEO
22 Aprel 2017 “AST Telman” şikayət etdi - FOTO
21 Aprel 2017 Musa Pənahov nazir müavini təyin olunub
21 Aprel 2017 Yük maşını Quba yolunda qorxulu anlar yaşatdı - 140 sürət - VİDEO
21 Aprel 2017 İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - sensasion araşdırma
21 Aprel 2017 Abonentden “Azercell”ə sərt ittihamlar - FOTO
21 Aprel 2017 20 ilin icra başçıları: kimlər karyerasını eyni vəzifədə davam etdirir? - SİYAHI
21 Aprel 2017 Bakıda sürətlə arxa-arxaya hərəkət edən maşın sürücülərə dəhşət yaşatdı - VİDEO
20 Aprel 2017 Avtovağzalın taleyi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2017 Həm cəbhə, həm də diasporda düşmənə qarşı savaşan mərhum polkovnik
20 Aprel 2017 Deputat onu söyənləri Milli Məclisə çağırır - “Kişidilərsə, gəlsinlər”
20 Aprel 2017 Ərdoğanın 1100 otaqlı möhtəşəm iqamətgahından FOTOLAR
20 Aprel 2017 "Qarabağ"lı Gözəl, Ağdamsız Aqil və Tovuzun günahı
20 Aprel 2017 Goranboyda müəmma: gəlin hara gedirsə ora yanır - VİDEO
19 Aprel 2017 5 min manat pul mükafatı veriləcək alimlərin SİYAHISI
19 Aprel 2017 Balaca Aylanın sizin köməyinizə ehtiyacı var - həkimlər bir həftə vaxt qoydu