b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_elmira.jpg

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dekabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun cəsədi qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin cəsədi bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaq”ın aparıldığını bəyan edir. Halbuki, cəsədlərin qaytarılması mexanizmi və proseduru yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunub və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılmasına kömək göstərməyinizi sizdən xahiş edirəm”.

AzerTac

26 Aprel 2017 Gəncə qazsız qalıb - "Bizə boş hava satırlar"
26 Aprel 2017 Məşhurlar İlkin Həsəninin toyunda nə etdilər? - VİDEO
26 Aprel 2017 İslam Oyunlarında ölkə necə qorunacaq?
26 Aprel 2017 Rusiya siyasətinin yeni seksual qadını - Avropa mətbuatı - FOTO
25 Aprel 2017 Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi
25 Aprel 2017 Qarabağda erməni əsgərin meyiti tapılıb
24 Aprel 2017 SOCAR Xəzərdən neftçiləri evakuasiya edir
23 Aprel 2017 Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - FOTO
23 Aprel 2017 Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - VİDEO
21 Aprel 2017 FTX-yə silahlı hücumun təfərrüatı: Azərbaycanlı izi...
21 Aprel 2017 "Facebook"dan yenilik - Klaviaturadan istifadə etməyəcəksiz
20 Aprel 2017 Azərbaycanlı rəqqasəyə sevgilisi ev bağışladı - VİDEO
20 Aprel 2017 Azərbaycanda vətəndaşların 728 milyon manatlıq borcu silindi
20 Aprel 2017 Ərəblərin Azərbaycandakı milyonluq həyatı - VİDEO-FOTO
20 Aprel 2017 Kredit götürmək istəyənlərin işi asanlaşacaq - VİDEO
19 Aprel 2017 Gəncənin məşhur məscidində azan niyə verilmir?
19 Aprel 2017 Azərbaycanda toy gecəsi qaçan gəlinlə bağlı YENİ XƏBƏR
19 Aprel 2017 Kardaşyanı 23 min illik çılpaq abidə ilə müqayisə etdilər - VİDEO
19 Aprel 2017 Bakıda avtobusda huşunu itirən şəxsi polislər belə xilas etdi - VİDEO
18 Aprel 2017 Bakıda qadın 3-cü həyat yoldaşını bıçaqladı