AZ   |   RU
Oktay Kaynarcanın yeni serialı “Eşkiya”nın taleyini yaşamayacaq ki?- Tükürpədici VİDEO
 Həm Türkiyədə, həm də Azərbaycanda maraqla izlənilən "Mən Bu Cihana Sığmazam" serialının yayım tarixi açıqlanıb.  

Missiya.Az Türkiyənin ATV  telekanalının rəsmi saytına istinadən xəbər verir ki, Cezair adlı baş rolda Oktay Kaynarcanın çəkildiyi serialın ilk bölümü ilə Sentyabrın 20-si 20:00-da yayımlanacaq.  

Zəngin aktyor ansamblna malik, o cümlədən məşhur ulduzların yer aldığı serialın ilk bölümünün anonsu da artıq dünəndən etibarən atv telekanalında yayımlanıb.

Qeyd edək ki, mütəxəssislər "Mən Bu Cihana Sığmazam" serialının yüksək reyting qazanacağına dair proqnozlar verirlər. Adıçəkilən ekran işinin hətta Hollivud filmləri səviyyəsində ərsəyə gətirlidiyini iddia edənlər də var.

Sosial şəbəkə istifadiçiləri bu serialla bağlı maraqlı fikirlər paylaşırlar. Böyük əksəriyyət arzulayır ki, Oktay Kaynarcanın yeni dizisi “Eşkiya Dünyaya Hükümdar Olmaz”ın taleyini yaşamasın.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 10-09-2022, 14:38