AZ   |   RU
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 vaksin vurulub.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 281 946 təşkil edir.



  • 21-10-2021, 17:01