AZ   |   RU
Bakıdan Naxçıvana avtobus biletlərinin qiymətləri açıqlanıb

Bakıdan Naxçıvana və geriyə avtobuslar ilkin olaraq ancaq səhər saatlarında işləyəcək.

Missiya.Az
bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər bu gündən sabah saat 09:00 reysinə, eləcə də növbəti günlərə bilet əldə edə bilərlər. Biletin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Biletləri Avtovağzalın kassalarından, eləcə də internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn almaq mümkündür.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Gömrük keçid məntəqəsində sərnişinlərdən "Covid-19" testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.


  • 16-07-2021, 16:01