AZ   |   RU
Nazirlik Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

"Küveyt hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq. Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib", - nazirlikdən qeyd olunub.


  • 10-06-2021, 12:09