AZ   |   RU
Azərbaycanda 135 mindən çox təhsil işçisi peyvənd olunub

Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Report'un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

"Peyvəndlənmədə iştirak edənlərin səhhətində ciddi problem müşahidə edilməyib", - nazirlikdən bildirilib.



  • 8-06-2021, 17:50