AZ   |   RU
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 56 avtomobili maneəsiz keçib - YENİLƏNİB


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 12 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

Missiya.Az
"Report"a istinadən  xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
 
Belə ki, 1 təminat maşını Xankəndidən Laçına, daha 10 təminat və 1 minik maşını isə əks istiqamətə maneəsiz hərəkət ediblər. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 56-ya çatıb.


  • 6-02-2023, 14:36