AZ   |   RU
20 Yanvar Kayseridə anılıb


Türkiyənin Kayseri şəhərində 20 Yanvarla bağlı Turan cəmiyyətinin təşkilatçılığı ilə növbəti  aksiya keçirilib. Qardaşlıq Parkında olan aksiyada Bakıda  törədilmiş 20 Yanvar faciəsinin günahkarlarının hələ də cəzalandırılmaması pisləndi və aksiyanın bəyanatı oxunub.

Tədbirdə çıxış edən Turan cəmiyyyətinin qurucusu və sədri Ali İhsan Öztürk qeyd edib ki, 1990-cı ildən bu günə qədər Kayseridə 20 Yanvar, Xocalı Şəhidlərinin anım gününün qeyd edilməsi artıq bir ənənə halını alıb.

O, 33 il öncə  Bakının işğal edilməsini -  qadın,  uşaq, ahıl  demədən  insanlarımızın tankların altında əzilməsini   televiziyadan duyduqlarını və  Yanvarın 24-ü   Kayseri Cümhuriyyət Meydanında 10 min etrazçının qatıldığı bir etiraz aksiyası təşkil etdiklərini bildirib. 

Nümayişcilərin  magistral yollla 3 km yürüyərək Kayseri Cumhuriyyyət meydanına gəlməsini  və  aksiyada rəhmətlik  advokat  Nevzat Türkden,  Erciyez universitetini müəllimi Mustafa Öztürk  və bir  çox ziyalının  “Bakı dərhal işğaldan azad olunmalı”, “ İşğalçı ordu rədd ol”  kimi şürlarlarla  çılğın nitq söyləmələrini və  beynəlxalq qurumlardan Bakının sovet ordusu tərəfindən işğalına reaksiya verilməsinin tələb edildiyini  xatırladıb. 

Cəmiyyətin sədri Türkiyə xaricində 20 -yə yaxın təmsillciyə malik Turan cəmiyyətinin, bu gün də  Bakı cinayətkarlarının cəzalandırlmasını tələb etiklərini bildirib. O, həmçinin əlavə edib ki, 20 Yanvar hadisəsinə təkcə  faciə  kimi baxmır, 20 Yanvar həm də bir qəhrəmanlıq salnaməsi kimi qavrayır. 

Azadlıq mücadiləsində xalq  Bakıda  törədilən hərbi cinayətə  susmadı. Əksinə, əli yalın  olaraq  silahlı sovet ordusun qarşısına çıxdı. Cəmiyyətin sədri Azərbaycan həqiqətlərinin açıqlanması üçün bundan sonra da mübarizələrini  davam etdirəcəklərini söyləyib. 

Aksiyada iştirak edən müxtəlif dərnək nümayəndələri, Erciyəz universitetinin tələbələri 20 Yanvar şəhidlərini ehtiramla anıblar. 

Elşən Qurbanov 
Erciyəs Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi




  • 21-01-2023, 19:40