AZ   |   RU
“İrəli” İctimai Birliyi 20 yanvar faciəsinə dair silsilə tədbirlər keçirib - FOTOLAR

“İrəli” İctimai Birliyi Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirib.

Birliyin Mətbuat xidmətindən Missiya.Az
-a bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət ediblər.

Həmçinin, Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılardan – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu söyləyiblər. 

Natiqlər Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını diqqətə çatdırıblar. Eyni zamanda ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu vurğulayan çıxışçılar indiki nəsli bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıblar.


 
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı öz fikirlərini bizimlə bölüşdü. Tədbirin məqsədinin 20 yanvar şəhidlərini, həmin dövrdə baş verən hadisələri  xatırlamaq və gənclərə aşılamaq olduğunu qeyd etdi: “Çünki gənclərimizin vətənpərvərlik ruhunun daha da  inkişaf etməsini istəyirik. İndiki nəsil 33 il bundan öncəki o acı günləri görməyiblər. Lakin dövlətimizin gənclər siyasətinin ardıcıl həyata keçirdiyi proqramları, milli mətbuatın mütəmadi olaraq maarifləndirmə kompaniyası çərçivəsində, ali təhsil müəssisələrində, məktəblərdə və valideynlərin sözügedən hadisələr haqqında danışdıqları nəticəsində gənclərimiz cəsurdurlar və Azərbaycan tarixini gözəl mənimsəyiblər. O gənclər ki, vətən müharibəsində ölümün gözün dik baxaraq döyüşə getdilər. Cənab Ali Baş Komandanın ətrafında sıx birləşdilər. 

44 günlük şanlı savaşda zəfər qazanmaqla biz həm 20 yanvar, dəm də digər şəhidlərin ruhunu şad etdik. 
Sonda onu da deyim ki, Azərbaycanımızın daha da güclənməsi üçün prezident İlham Əliyevin həmişə yanında yer almalı, gənclərimizin vətənə bağlı və savadlı olması üçün çalışmalıyıq”. 



Əməkdar jurnalist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər də Missiya.Az- açıqlama verdi. O vurğuladı ki, tədbirin ən böyük özəlliyi onun Milli  İncəsənət muzeyində keçirilməsi idi: “Burada tabloların  nümayiş ediməsi çox təqdirəlayiq addım idi. Biz tariximizdən, Qarabağdan geniş danışdıq. Xalq artistimiz Nurəddin Babayevin söhbətləri isə tədbirə daha çox yaraşıq verdi.  Bu həm də “İrəli” İctimai Birliyinə üzv olan gənclərin üçün inkişafında, daim  irəli getməyində də faydalı oldu”.

Qeyd edək ki, silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Yüzlərlə gəncin iştirakı ilə keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər. Həmçinin “İrəli” İctimai Birliyi tərəfindən 33 il öncə Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş dünyanın aparıcı media qurumlarına müraciətlər ünvanlanıb.

Zərintac MAYİSQIZI
Missiya.Az


 
   
   
 

  • 20-01-2023, 20:53