AZ   |   RU
Ağsu sakini dəm qazından boğularaq ölüb

Ağsuda yerli sakin dəm qazından boğularaq ölüb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1953-cü il təvəllüdlü Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Ətrafdakı insanların köməyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Onun meyiti tibbi ekspertiza olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • 12-01-2023, 23:20