AZ   |   RU
Dövlət Məşğulluq Agentliyinin xidmətlərindən imtina edən şəhid ailəsi üzvü və veteranların sayı açıqlanıb

"Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb olunmaqdan imtina edən şəhid ailəsi üzvü, müharibə veteranları və müharibə iştirakçılarının sayı 5 431 nəfərdir".

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Onlardan 3 957-si bu və ya digər məşğulluq xidmətlərinə cəlb olunmaqdan imtina edib. 1 393 nəfər isə işi və qazancı olduğu üçün xidmətlərə cəlb oluna bilməyib", - M.Abbasbayəli bildirib.


  • 23-12-2022, 15:45