AZ   |   RU
"Ulduz" metrostansiyasının ətrafında ulduza layiq şərait - FOTOLAR


Nərimanov rayonu, şəhid Rövşən Əliyev küçəsi, "Ulduz" metrostansiyasının  ətrafında yeni yolun çəkilməsi ilə əlaqədar avtomobillərin həmin ərazidə saxlanılmasına icazə verilməyəcəyi barədə yazmışdım. 
Məlumatı iş icraçılarından almışdım. Onların cavabları, apardığımız müşahidələr həqiqətən elə təəssürat yaradırdı ki, təmir olunan enli səkilərin kənarlarına düzülən bardyorlar bu ərazidə avtomobillərini rahat saxlayıb, metro ilə hərəkət etmək istəyənlərə ciddi problem yaradacaq. 

Bir neçə gün sonra tamam fərqli - ürək oxşayan mənzərənin şahidi olduq. Eni 9 metr olan səkidə  avtomobillərə xüsusi yerlər ayrılıb, sürücülər həmin məkanlardan yüksək səviyyədə istifadə edirlər. 

Vətəndaş məmnunluğuna nail olmaq, insanlara  əlverişli şəraiti yaradan cavabdehlərə daha çox xoş hisslər aşılayır. Əminəm ki,  Azərbayacan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri də bu hissləri yaşamaqdadırlar. 

"Ulduz" metrostansiyasının ətrafındakı ulduza layiq şəraitin əks olunduğu fotoları şükranlıqla təqdim edirəm. 

Ceyhun Musaoğlu




  • 23-12-2022, 09:49