AZ   |   RU
Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, keçirilən monitorinqlər zamanı 9 dekabr 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub.

Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

  • 9-12-2022, 18:15