AZ   |   RU
Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Elm və təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb.    
 
Missiya.Az
xəbər verir ki, nazir Azərbaycan Texniki Universiteti və Brandenburq Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib, hər iki ali təhsil müəssisəsi arasında imzalanmış magistratura və doktorantura səviyyələrində ikili diplom proqramları haqqında müqavilələrin əhəmiyyətini vurğulayıb.  
 
Brandenburq Texniki Universitetinin prezidenti öz növbəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirib.


  • 9-12-2022, 15:42