AZ   |   RU
Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"a qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb.

Missiya.Az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalarını davam etdirir. Adları çəkilən rabitə müəssisələrində də müşahidə olunan qiymət artımlarının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub və onlar tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.


Baxış sayı: 62
  • 7-12-2022, 10:18