AZ   |   RU
Azərbaycanda İİV xəstəliyinin yayılmasının lokallaşdırılmasına nail olunub

İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.

Missiya.Az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub: “Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.

  • 30-11-2022, 15:17