AZ   |   RU
Xiaomi 13 smartfonunun təqdimat tarixi açıqlandı

Xiaomi 13 smartfonunun yeni seriyasının təqdimat mərasimi dekabrın 1-də keçiriləcək.

Missiya.Az
xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə iki model - Xiaomi 13 və Xiaomi 13 Pro təqdim olunacaq. Hər ikisi təzə “Snapdragon 8 Gen 2” prosessoru əsasında işləyəcək. 

Smartfonlar oxşar xüsusiyyətlərə malikdir, lakin görünüşü və kamera bloku ilə fərqlənirlər. İlkin məlumatlara görə, modellərin çərçivə ölçüsü 1,61 mm-dir. Xiaomi 13-ün 10 rəngdə təqdim ediləcəyi bildirilir. 

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 28-11-2022, 16:40