AZ   |   RU
Şəhid tələblərin diplomları ailələrinə verilib - Emin Əmrullayev
"Şəhid olan tələbələrin diplomları ailələrinə təhvil verilib".

Missiya.
Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə söyləyib.

O bildirib ki, hazırda proses davam etdirilir:
"Belə bir məqam da var ki, bir çox şəxs, məsələn, ikinci kursda oxuyub və ya ali məktəbdə oxuyan vaxtı xaric olunub. Diplom dövlət sənədidir. Onun verilməsi üçün şəxs tələbə-məzun sisteminə düşməlidir. Başa düşürəm ki, bu, şəhid ailələri üçün mənəvi dəyərə malikdir. Lakin mənim istədiyim vaxt diplom yazıb vermək kimi səlahiyyətim yoxdur. Onları anlayırıq və maksimum şəkildə yardım göstərməyə çalışırıq".

Zərintac Mayisqızı 
Missiya.Az
 

  • 25-11-2022, 16:38