AZ   |   RU
"Hazırda məktəblərdə dərslik problemi yoxdur"- Emin Əmrullayev
"Dərslik çapına dair bir mətbəə ilə problemimiz yaranmışdı. Həmin mətbəə tenderdə qalib gəlmişdi, amma dərslikləri çap etməmişdi. Buna görə də bir qisim dərsliklər məktəblərə gec verilmişdi".

Missiya.Az-
ın brifinqdə iştirak edən əməkdaşı xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O əlavə edib ki, hazırda dərslik çatışmazlığı problemi yoxdur:

"Mənim üçün burada günahkar axtarmaq yox, bunun tədrisə təsiri lazımdır. Dərsliklərn gecikməsi kifayət qədər obyektivdir. Kağız çatışmaması səbəbindən istehsal yubanmışdı. Qonşu ölkələrdə də belə problemlər yaranmışdı. Məsələnin mahiyyəti dərslik deyil. İstəyən adam həmin dərsliyin elektron versiyasını tapa bilərdi. Amma noyabrın əvvəlində dərsliklə bağlı proses bitib, hazırda dərslik problemi yoxdur".

Zərintac Mayisqızı 
Missiya.Az
 

  • 25-11-2022, 16:14