AZ   |   RU
Masallıda “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda görüş keçirilib

Antinarkotik təbliğatı çərçivəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbdə şagirdlərlə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda  görüş keçiriblər.

Missiya.Az
xəbər verir ki, çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ümumilikdə bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyanın zərərli təsirləri barədə məktəblilərə məlumat verib.

Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərin bu gün aktual xarakter daşıdığını bildirib və bu istiqamətdə əldə olunan nəticələri diqqətə çatdırıb. Şöbə rəisi qeyd edib ki, Daxili işlər orqanlarının əməkdaşları bu neqativ hala qarşı mübarizədə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər keçirməklə yanaşı yeniyetmə və gənclərin maariflənməsinə də xüsusi diqqət yetirir.      

Sonra müzakirə edilən mövzular ətrafında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və digərlərinin çıxışları dinlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 21-11-2022, 17:55