AZ   |   RU
"Tusi(2C)" İnkubasiya proqramının iştirakçıları dünya üçüncüsü olublar

"İnnovasiyalar Mərkəzi"nin həyata keçirdiyi "Gələcək üçün bacarıqlar" layihəsinin "Tusi(2C)" İnkubasiya proqramının iştirakçıları dünya üçüncüsü olublar.

Missiya.Az
xəbər verir ki, 17-19 noyabr 2022-ci il tarixində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin SABAH qruplarının "Platon Tech" komandası dünyaüzrə üçüncü yeri tutub.

"Future innovators senior" nominasiyası üzrə qalib olan "Platon Tech" komandasının üzvləri  Rüfət Şixiyev, Qabil Hüseynli və Fərid Şixiyev "Tusi(2C)" İnkubasiya proqramının iştirakçılarıdırlar. 

  • 21-11-2022, 17:14