AZ   |   RU
Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Missiya.Az
"Report"a istinadla xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Xalq artisti Rauf Abdullayevin və Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər.


  • 18-11-2022, 19:29