AZ   |   RU
Bakıda şəxsin həbsdə olan qardaşına telefon keçirmə cəhdinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Missiya.Az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və hazırda Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagül oğlu Ağagülov ilə qısamüddətli görüşə gələn qardaşı, Sumqayıt şəhər sakini Kamal Ağagül oğlu Ağagülov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin yan cibində 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


  • 16-11-2022, 09:41