AZ   |   RU
Qanunsuz ova cəhd edən şəxs cəzalandırılıb

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Missiya.Az-ın
məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Leyla Səməndər
Missiya.Az


  • 15-11-2022, 16:27