AZ   |   RU
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürür.

Missiya.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, ilk günündə təmsilçilərimizdən Sənan Hətəmov (67 kq) otuzikidəbir, Tural Sarıyev (48 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) isə onaltıdabir final mərhələsindən mübarizəyə başlayacaqlar. Belə ki, Tural Sarıyev (48 kq) Titivat Flonqaurai (Tailand), Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya), Rza Rzazadə (75 kq) Antonio Leyva (Argentina), Mehparə Məmmədova (48 kq) Lyuba Atanasova (Bolqarıstan) ilə görüşəcəklər.

Qeyd edək ki, dünya çempionatında 89 ölkədən 476 oğlan və 208 qız olmaqla 684 boksçu mübarizə aparacaq. Mundialın qalibləri noyabrın 25-də və 26-da məlum olacaq.

Teymur Aslanov
Missiya.Az

  • 15-11-2022, 12:09