AZ   |   RU
Heydər Əliyev Mərkəzində Kristina Orbakaytenin konserti keçirilib
Noyabrın 14-də tanınmış rusiyalı müğənni, aktrisa Kristina Orbakayte Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Missiya.Az
xəbər verir ki, Bakı konsertində Kristina Orbakayte həm yeni mahnılarını, həm də ötən illərin xitlərini səsləndirib. Kristina Orbakaytenin rəngarəng səhnə geyimləri, xüsusi hazırlanan şou proqramları qonaqların böyük marağını toplayıb.

Gənc yaşlarından artıq tamaşaçıların rəğbətini qazanan Orbakaytenin artistliyi, istedadı və hər biri böyük məhəbbət hekayəsi olan mahnıları tamaşaçıların qəlbinə yol tapıb. Orbakaytenin zəngin repertuarına müxtəlif janrlarda mahnılar daxildir. Kristina Orbakayte, həmçinin bir sıra filmlərdəki rolları, o cümlədən "Müqəvva" ("Чучело") filmindəki rolu ilə məşhurlaşıb.

  • 14-11-2022, 22:59