AZ   |   RU
Özünəməşğulluqla əlaqədar iki yeni kompensasiya növü müəyyənləşir


Özünəməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün işsizlikdən sığorta vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcək.

Missiya.Az  xəbər verir ki bu, “Məşğulluq haqqında” qanuna təklif edilən yeni - 24.12-ci maddədə əksini tapıb.

Qanuna təklif edilən 24.13-cü maddəyə əsasən isə özünəməşğulluğun təşkili üçün təlimlərin keçirilməsi ilə bağlı “üçün işsizlikdən sığorta vəsaitləri  hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.




  • 4-05-2021, 17:42