AZ   |   RU
Bakı metrosunda qatarların hərəkətində gecikmələr qeydə alınıb

Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.

Bu barədə Missiya.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.

Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunması olub.

Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.

  • 20-09-2022, 21:00