AZ   |   RU
Qərbi Azərbayan İcması Gənclər Təşkilatının üzvlərinin Elxan Mirhəşimli ilə videogörüşü baş tutub - FOTO

Qərbi Azərbayan İcması Gənclər Təşkilatının üzvləri ilə Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli ilə videogörüşü baş tutub.  

Missiya.Az
xəbər verir ki, bu barədə Qərbi Azərbayan İcması mətbuat xidmətindən bildiriblər. İcmadan bildirilib ki,  Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli ilə baş tutan tədbiri giriş sözü ilə Qərbi Azərbayan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov açıb və qeyd edib ki, Azərbaycandan kənardan yaşayan bütün diaspora nümayəndələri indiyə kimi ölkəmizin haqqsəsini dünya ictimiayyətinə çatdırmaq üçün əllərindən gələni ediblər. Azərbaycan ordusunun qazandığı şanlı qələbədən sonar başlayan informasiya müharibəsində də diasporamızın əllərindən gələni edəcəyindən əmin olduğunu bildirən Gənclər təşkilatının sədri bu yöndə yorulmadan çalışan diaspora fəallarının başında gələnlərdən birinin də Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli olduğunu vurğulayaraq sözü qonağa verib.

Çıxış edən Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli rəhbəri olduğu təşkilat haqqında məlumat verərək bildirib ki, qurulduğu gümdən etibarən Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması istiqamətində müxtəlif səviyyəli tədbirlər keçirən, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edən təşkilat fəaliyyəti zamanı ən müxtəlif erməni yalanları ilə üzləşib: “Dəfələrlə olub ki, Hollandlarla birgə ibadətə gələn Yerevan erməniləri özlərini yalandan Azərbaycandan qovulmuş qaçqınlar kimi təqdim edərək, ah-vayla yerli sakinləri öz tərəflərinə çəkməyə, Azərbaycan əleyhinə təbliğat aparmağa, onlarda  azərbaycanlılara qarşı nifrət, kin-küdurət yaratmağa çalışıblar. Mən də dəfələrlə onları ifşa etmişəm, onların Azərbaycandan yox, Ermənistandan qaçqın düşdüklərini  bildirmişəm və bunu onlara sübut da etmişəm.

Onlarla ibadət edən hollandlara da baş salmışam ki, ermənilər Rusiyadan və Fransadan olan havadarlarının sayəsində iki əsr əvvəl Azərbaycanın Göyçə, Zəngəzur mahallarını, 1990-cı illərdə isə bizim qədim diyarımız olan bütün Dağlıq Qarabağı və hətta ətraf 7 rayonumuzu işğal ediblər. Onlara bunu anlatmışam. Çox şükür ki, biz qələbə qazandıq və artıq Qarabağ azaddır, biz onu yenidən cənnətə çevirəcəyik”. Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, ankarabaku.com saytının rəhbəri, yazıcı – jurnalist Oktay Hacımusalı diasporamızın, xüsusən də Avropada yaşayan və fəaliyyət göstərən soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə hər zaman fəallıq nümayiş etdirdiklərini, bu sırada Niderlandda yaşayan həmvətənlərimizin adının xüsusu ilə çəkilməli olduğunu vurğulayıb.

Oktay Hacımusalının fikrincə, Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli bu sahədə illərlə fəaliyyət göstərib və adı bütün tədbirlərlə Azərbaycanla qoşa çəkilib. Jurnalist Bəxtiyar Məmmədov da informasiya savaşında və diaspora fəaliyyətində çalışan insanların hər zaman ölkəmizlə bağlı lazımi və məqsədyönümlü informasiyaların xaricidə yayılması yönündə aktiv olduqlarını diqqətə çatdırıb və bundan sonra da onların üzərində çox böyük məsuliyyət olduğunu da sözlərinə əlavə edib. Sonda Niderland “Azərbaycan Evi” Assosiasiyasının sədri Elxan Mirhəşimli icma üzvü olan gəncləri maraqlandıran sualları cavablandırıb.









  • 30-04-2021, 10:54