AZ   |   RU
İki əsr, iki Qayıdış: azadlıqdan abadlığa və zirvəyə! – TƏHLİL VİDEO

Böyük Qayıdışın ilk ünvanına - Zəngilan rayonunun Ağalı kəndinə qayıdışın növbəti mərhələsi xalqımızın sevinc və qürur mənbəyi, dövlətimizin qüdrətinin daha bir ifadəsidir. 

Bəli, Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazır, adını tarixə silinməz izlərlə - qızıl hərflərlə əbədi həkk etdirir. 


Aydındır ki, min millik yol bir addımla başlayır. Və yol mədəniyyət olduğu kimi, həm də tarixdir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Qayıdışımızla müşayiət olunan Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, rəşadətli, cəsarətli və şərəfli Azərbaycan xalqının milli mübarizə nümunəsidir.

Əzəli və əbədi torpaqlarımız nəhəng quruculuq meydanına çevrilib, işğaldan azad edilmiş ərazilərimiz tarixi görkəminə qaytarılaraq müasirləşdirilir. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir.
“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi isə regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm vətəndaş məmnunluğunun artırılması baxımından önəmlidir, həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Qayıdış, qurmaq yaratmaq, yaşatmaq milli taleyimizə, dövlətimizin taleyüklü məqamına çevrilib.

Müstəqillik və bütövlükdə dövlətçilik tariximiz iki tarixi Qayıdışla əlamətdardır:
- 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin Qayıdışı Azərbaycanın xilası oldu, ölkəni tərəqqi yoluna çıxardı;
- Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbə nəticəsində hərbi-siyasi əsarətdən xilas edilmiş yurd-yerlərimizə Böyük Qayıdış isə Azərbaycanı qalib və daha güclü ölkəyə çevirdi.

Bəli, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya QAYIDARAQ Azərbaycanın Qurtuluşunu təmin etdi. Prezident İlham Əliyev isə Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi - xalqımızın Böyük QAYIDIŞ arzusunu reallaşdırdı!

Böyük və Əbədi Qayıdış arzusunu...


  • 9-09-2022, 17:10