AZ   |   RU
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri - 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev və 2005-ci il təvəllüdlü E. İsmayılov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • 1-09-2022, 23:52