AZ   |   RU
Gəncədəki yanğında 1 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Gəncə şəhərində yaşayış binasında başvermiş yanğın zamanı tüstüdən zəhərlənən olub. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 1958-ci il təvəllüdlü Z.Həsənov tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. 

Daha 2 azyaşlı isə özünü yaxşı hiss etmədikləri üçün yaxınları tərəfindən xəstəxanaya aparılıblar. Hakim müayinəsindən sonra evə buraxılıblar.

Xatırladaq ki, hadisə şəhərin Ə.Nəzərov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.


  • 31-08-2022, 18:50