AZ   |   RU
Arif Quliyevin qızı: “Atamın vəziyyəti ağır olaraq qalır”

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.

Missiya.Az xəbər verir ki, xalq artistinin qızı Günel Quliyeva Report'a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.


  • 27-04-2021, 09:56