AZ   |   RU
Qarabağın azərbaycanlı icmasının sədri Türkiyənin səfiri ilə görüşüb

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə T.Gəncəliyev özü məlumat verib.

"Qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral qardaşımla fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşdük. İnşallah, növbəti görüşlərimizi Xankəndi və Şuşada keçirəcəyik!", - deputat əlavə edib.


  • 14-04-2021, 15:56