Ana səhifə > Son xəbər > Ukrayna Anna Semenoviçi qara siyahıya salıb
Ukrayna Anna Semenoviçi qara siyahıya salıb28-09-2022, 23:52 |
![]() Missiya.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müğənni siyahıda 158-ci yerdədir. Anna Semenoviçə Ukraynaya giriş qadağan edilib. Buna səbəb onun müharibədə iştirak edən rusiyalı hərbçilərinə baş çəkməsi olub. Qeyd edək ki, hazırda Ukrayna hökumətinin qara siyahısında 210 nəfər var. Onların arasında Oleq Qazmanov, Valeriya, Sergey Penkin, Alexander Rosenbaum, Yulia Çiçerina və digər rusiyalı sənətçilər də yer alıb. Ukrayna Mədəniyyət Nazirliyinin siyahını mütəmadi olaraq yeniləyir.
Geri qayıt |